Azərbaycanın xarici ticarət dövriyyəsinin 15%-i Türkiyənin payına düşüb | Banco.az

Azərbaycanın xarici ticarət dövriyyəsinin 15%-i Türkiyənin payına düşüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın 2023-cü ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 22 953,7 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 14 755,2 milyon dollarını və ya 64,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 8 198,5 milyon dollarını (35,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib.  

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 32,8 faizi İtaliya, 15,0 faizi Türkiyə, 8,3 faizi Rusiya, 5,1 faizi Çin, 3,3 faizi Almaniya, 3,1 faizi Yunanıstan, hər biri 2,7 faiz olmaqla Hindistan və İspaniya, 2,5 faizi İsrail, 1,9 faizi Türkmənistan, 1,8 faizi Çexiya, hər biri 1,7 faiz olmaqla Gürcüstan və Rumıniya, 1,6 faizi Fransa, 1,3 faizi İrlandiya, 1,0 faizi ABŞ, 0,9 faizi İran, hər biri 0,8 faiz olmaqla Qazaxıstan, Yaponiya və Bolqarıstan, 10,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram