Bu ilin yanvar ayında Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft məhsullarının ən böyük ixracatçısı "Azerbaijan International Mining Company Limited" MMC olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xəbər verir ki, şirkətin qeyd olunan dövrdə ixracının dəyəri 29,3 milyon ABŞ dolları (il ərzində 20,3 milyon ABŞ dolları və yaxud 3,3 dəfə artım olub) təşkil edib.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən 10 özəl şirkət 77,6 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrünün göstəricisi (26,8 milyon ABŞ dolları) ilə müqayisədə 2,9 dəfə və yaxud 50,8 milyon ABŞ dolları çoxdur.
