Azərbaycanın tədiyyə balansının ümumi qalığı 14% artıb | Banco.az

Azərbaycanın tədiyyə balansının ümumi qalığı 14% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi qalığı 4 166,8 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7% çoxdur.

Artım, əsasən, dünya bazarında neftin qiymətinin yüksək olması, eləcə də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına baş verib.

Ən sərfəli kredit üçün müraciət et

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 4 003 milyon dollarlıq qalıq (illik müqayisədə 21,3% az), kapital hesabındakı 3,7 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub), maliyyə hesabındakı 339,9 milyon dollarlıq kəsir (86,2% az), balanslaşdırıcı maddələr üzrə 507,4 milyon dollarlıq qalıq (51,15% az) hesabına formalaşıb. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et