Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın smartfon bazarında 2024-cü ilin may ayında Cənubi Koreyanın markası “Samsung”un bazar payı cüzi azalaraq 28,72% təşkil edib. Aprel ayında “Samsung”un bazar payı 28,73%, mart ayında isə 28,24% olub.
Banco.az bu barədə "statcounter"ə istinadən xəbər verir.
Məlumata görə, Çinin “Xiaomi” markasının bazar payı may ayında 26,24% olub. Apreldə bu göstərici 22,14% təşkil edib. Ötən ay ABŞ-nin markası “Apple”ın bazar payı isə aprellə müqayisədə 16,1%-dən 15,73%-ə enib.
Digər markalardan “Honor”un payı 7,28%, “Huawei”nin payı isə 1,68% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!