Azərbaycanın neft ixracının üçdə birindən çoxu İtaliyanın payına düşüb | Banco.az

Azərbaycanın neft ixracının üçdə birindən çoxu İtaliyanın payına düşüb

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan İtaliyaya 3,362 milyon tondan çox neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycanın ümumi xammal ixracının 36,4 faizini təşkil edir.

Bu göstərici illik hesablamada 23,12 faiz (bir milyon tondan çox) azalıb.

Hesabat dövründə Azərbaycandan İtaliyaya neft və neft məhsulları ixracı dəyər ifadəsində 2,1 milyard dollardan çox olub ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 30,7 azdır.

Bütünlükdə 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 9,236 milyon tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (9,5 milyon ton) ilə 2,6 faiz azdır. Dəyər ifadəsində neft ixracı 5,715 milyard dolları ötüb ki, bu da 2022-ci ilin yanvar-aprel aylarının göstəricisindən 12,7 faiz və ya 829,564 min dollar azdır.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et