Azərbaycanın iqtisadiyyat və sənaye naziri İranda səfərdədir | Banco.az

Azərbaycanın iqtisadiyyat və sənaye naziri İranda səfərdədir

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin İrana səfəri başlayıb.

Banco.az "Report"a istinadən xəbər verir ki, səfərdə naziri biznesmenlər də daxil olmaqla geniş nümayəndə heyəti müşayiət edir.

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin dəvəti ilə baş tutan səfər zamanı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Keçiriləcək görüşlərdə iki ölkənin dəmir yolları xətlərinin birləşdirilməsi, bank əməliyyatlarının sadələşdirilməsi, neft, rabitə və enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulub. 

Bundan başqa, Ş.Mustafayevlə M.Vaezi bu ilin ikinci yarısında Tehranda keçirilməsi nəzərdə tutulan müştərək iqtisadi komissiyanın iclasına hazırlıq işlərini  də müzakirə edəcək.