Azərbaycanın ilk özəl kredit bürosunun səhmdarı olmaq istəyən maliyyə qurumlarının sayı 20-yə çatıb | Banco.az

Azərbaycanın ilk özəl kredit bürosunun səhmdarı olmaq istəyən maliyyə qurumlarının sayı 20-yə çatıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından daha biri ölkədə yaradılması gözlənilən ilk özəl kredit bürosunda pay almaq üçün Azərbaycan Banklar Assosiasiyasına (ABA) müraciət edib. Bu barədə ABA-dan bildirilib.

Məlumata görə, söhbət "Amrahbank" ASC-dən gedir. Bununla da büronun səhmdarı olmaq istəyən bankların sayı 18-ə çatıb. Digər banklar "Accessbank", "AFB Bank", "AGBank", "Atabank", "Bank Avrasiya", "Bank of Baku", "Bank Respublika", "Expressbank", "Kapital Bank", "Muğanbank", "NBC Bank", "PAŞA Bank", "Rabitəbank", "Turanbank", "Unibank", "Yapı Kredi Bank (Azərbaycan)" və "Zıraat Bank (Azərbaycan)" ASC-lərdir. Bundan başqa, "TBC Kredit" MMC bank olmayan kredit təkilatı və "PAŞA Sığorta" ASC də büroda pay almaq niyyətini bildirib.

"Çox güman ki, ilk özəl kredit bürosunda Azərbaycan tərəfinin payı bu maliyyə qurumları arasında bərabər bölünəcək", - deyə ABA-dan qeyd ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, büronun nizamnamə kapitalının 2,2 mln. avro olması nəzərdə tutulub. Bu məbləğin 51%-ni və yaxud 1,122 mln. manatını İslandiyanın "Creditinfo" şirkəti təmin edəcək. Qalan 49%-lik hissəni və yaxud 1,078 mln. manatı isə Azərbaycandakı payçılar ayıracaq.

Qeyd edək ki, Milli Məclis oktyabrın 28-ə "Kredit büroları haqqında" qanun layihəsini II və III oxunuşda qəbul edib.

Mənbə: Report.az

Bizi facebook səhifəmizdən də izləyin