Azərbaycanın hibrid avtomobil idxalına çəkdiyi xərc 2 dəfəyədək artıb | Banco.az

Azərbaycanın hibrid avtomobil idxalına çəkdiyi xərc 2 dəfəyədək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin yanvar-aprel aylarında Azərbaycana 161 milyon 770 min dollar dəyərində 5 111 ədəd hibrid avtomobil idxal edilib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə idxal edilən hibrid avtomobillərin dəyəri 1,8 dəfə, miqdarı isə 637 ədəd artıb. 

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ümumi avtomobil idxalına çəkdiyi xərc isə 16,1% artaraq 502 milyon 620 min dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et