Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 9 dəfə artıb | Banco.az

Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 9 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin yanvar-iyul aylarında Azərbaycan 2 milyard 829 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixracın dəyəri isə 314,46 milyon ABŞ dollarına bərabər olub.

2022-ci ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi ixracının həcmi 4,1 dəfə, dəyəri isə 8,9 dəfə artıb.

Qeyd edək ki, hesabat dövründə elektrik enerjisi ixracının Azərbaycanın ümumi ixracında payı 1,51%, qeyri-neft sektoru üzrə ixracında payı isə 15,67% olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram