Azərbaycanın büdcəsi ciddi kəsir riski ilə üz-üzə (VİDEO) | Banco.az

Azərbaycanın büdcəsi ciddi kəsir riski ilə üz-üzə (VİDEO)

Bu ilin birinci yarısı 700 milyon manatdan çox kəsirlə başa vurulub.

Regionda gedən proseslər dünya bazarında neftin qiymətinin ucuzlaşmasına səbəb olub. Xüsusilə İranla nüvə proqramı ətrafında razılaşmanın əldə edilməsindən sonra bu tendensiyanı sürətləndirib. Ən son məlmutalara görə, neftin qiyməti 50 dollardan aşağıdır,

İrana qarşı beynəlxalq sanksiyaların götürülməsindən sonra dünya bazarlarında neftin qiyməti daha da aşağı düşəcək.

Dünya Bankının proqnozuna görə, İranın neft bazarına tam qayıtmasından sonra alıcılara hər gün indikindən 1 milyon barrel çox neft təklif ediləcək. Nəticədə isə gələn il neftin qiyməti daha 10 dollar aşağı düşəcək.

Bu il üçün Azərbaycanın və Dövlət Neft Fondunun büdcəsi 90 dollardan proqnoz edilib. Neftin bir barrelinin 49 dollara satılması isə qiymətin hesablanmış 90 dollara nisbətdə 46 faizə qədər ucuzlaşması deməkdir. Azərbaycan cari ilin birinci yarısını 700 milyon manatdan çox kəsirlə başa vurub.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, hazırkı real göstəricilər bu cür qalsa, onda ilin yekununa qədər təqribən 17 milyard manat büdcədən xərcləmə həyata keçiriləcək. Ancaq praqnoza görə isə cari il üçün büdcədən 21,1 milyard manat xərclər nəzərdə tutulub.

Neftin qiymətlərinin kəskin düşməsinin Azərbaycanda manatın devalvasiyasına da təsirini nəzərdən qaçırmaq olmaz. Son 6 ay ərzində manatın məzənnəsi dollara qarşı 33 faiz azalıb. Bu proses sonsuza qədər davam edə bilməz. Vəsaitlərin tükənmək riski yarana bilər.

İqtisadçıların fikrincə, çıxış yolu qeyri-neft sektorunun inkişafındadır. Neft kapitalının insan kapitalına, zəkasına çevrilməsi bu prosesi daha da sürətləndirəcək. Buna artıq start verilib.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et