Azərbaycanın bank sektorunun mənfəəti 1 mlrd. manata yaxınlaşıb | Banco.az

Azərbaycanın bank sektorunun mənfəəti 1 mlrd. manata yaxınlaşıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin 11 ayında banklar 997.4 mln. manat xalis mənfəət, 1,521.2 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

Banco.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, ilin əvvəlindən banklar tərəfindən ümumilikdə 254.6 mln. manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.5% və ya 57.9 mln. manat daha çoxdur.

Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarına nisbətdə bankların xalis mənfəəti 138 milyon manat və ya 16,1%, əməliyyat mənfəəti isə 22,7% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et