Azərbaycanın 9 bankının aktivləri milyarddan çoxdur | Banco.az

Azərbaycanın 9 bankının aktivləri milyarddan çoxdur

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların 2023-cü ilin son rübünə olan maliyyə göstəricilərinə əsasən bankların 9-nun aktivləri 1 milyard manatdan çox olub.

Banco.az xəbər verir ki, həmin banklar ABB (13,7 milyard manat), Kapital Bank (8,7 milyard manat), PAŞA Bank (8,7 milyard manat), Xalq Bank (3,1 milyard manat), Bank Respublika (2,1 milyard manat), Unibank (1,6 milyard manat), Yelo Bank (1,6 milyard manat), AccessBank (1,4 milyard manat) və Rabitəbank-dır (1,1 milyard manat).

Qeyd edək ki, 2022-ci ilin son rübündə aktivlərinin həcmi milyardı keçən bankların sayı 7 olub. Belə ki, 2022-ci ildə bu siyahıda Yelo Bank və Rabitəbank yox idi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et