Azərbaycanda yeni Rəqəmsal Ödənişlər Strategiyası hazırlanır | Banco.az

Azərbaycanda yeni Rəqəmsal Ödənişlər Strategiyası hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) qarşıdakı 3 ili əhatə edəcək yeni Rəqəmsal Ödənişlər Strategiyası hazırlayır.

Bunu Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2023” konfransında AMB-nin Baş direktoru Fərid Osmanov bildirib.

"Bu sənədi biz bir neçə qurumla birlikdə hazırlayırıq. Strategiya 5 əsas hissədən ibarət olacaq", - deyə o qeyd edib.

"Azərbaycanın maliyyə sektorunda görülən işlər nəticəsində rəqəmsal ödənişlərin xüsusi çəkisi 51 %-ə çatıb. Son 1 ildə ölkədə internet bankçılığı 8 dəfə, mobil ödənişlər isə 40 dəfə artıb. Ani Ödənişlər Sisteminin təkmilləşdirilməsi ilə finteklərin fəaliyyəti daha da asanlaşacaq və nəticədə onların da ödəniş əməliyyatlarına cəlb edilməsinə şərait yaradacaq. Biz elə bir dövrdə yaşayırıq ki, rəqəmsal transformasiya prosesi gedir. Bu isə dövlət, özəl və ictimai sektorun əməkdaşlığını tələb edir", - deyə AMB rəsmisi əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et