Visa Sergiy Martınçuku şirkətinin Baş Vitse-prezidenti və Qrupun Ukrayna, Moldova, Cənubi və Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz üzrə Ölkə Meneceri təyin edib | Banco.az

Visa Sergiy Martınçuku şirkətinin Baş Vitse-prezidenti və Qrupun Ukrayna, Moldova, Cənubi və Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz üzrə Ölkə Meneceri təyin edib

Rəqəmsal ödənişlər sahəsində dünya lideri olan Visa (NYSE: V) bu gün Sergiy Martınçukun şirkətinin Baş Vitse-prezidenti və Qrupun Ukrayna, Moldova, Cənubi və Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionu üzrə Ölkə Meneceri vəzifəsinə təyin olunduğunu elan edib. Kiyevdə fəaliyyət göstərəcək Martınçuk Visa-nın 17 ölkədəki əməliyyatları və strategiyası üzrə ümumi məsuliyyət daşıyacaq.