Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın strateji valyuta ehtiyatları bu ilin yanvar-aprel aylarında 3.4% artaraq 87.9 milyard ABŞ dollar səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Sədrin sözlərinə görə, bu, ilin əvvəlindən 2.9 milyard ABŞ dolları artım deməkdir: “Mərkəzi Bankın valyuta ehtiyatları isə 12.7 milyard ABŞ dolları səviyyəsindədir. Strateji valyuta ehtiyatlarımız 38 aylıq mal və xidmətin maliyyələşdirilməsinə kifayət edir”.
Bizi sosial şəbəkələrdən izləyin!!
