Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 12 % artıb | Banco.az

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 12 % artıb

2024-cü ildə Azərbaycanda yeni nəsil nəzarət-kassa (NKA) aparatları üzrə dövriyyə 24 milyard 541,3 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 12 % çoxdur.

Banco.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, bu il yanvarın 1-nə qədər ölkədə 104 019 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.

"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.