Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 2% artıb | Banco.az

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 2% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ildə əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 2 milyard 194 milyon manatlıq əməliyyat aparıblar.

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın yanvar sayına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 1,8% çoxdur. 

2022-ci ildə bu göstərici 2 milyard 156 milyon manata bərabər olub.

Məlumata görə, təkcə ötən ilin dekabr ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 202,7 milyon manat təşkil edib. Bu da illik müqayisədə 12,2 milyon manat və ya 6,4% çoxdur. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram