Azərbaycanda xarici valyuta ilə banklarası kreditlər yenidən bahalaşmağa başlayıb | Banco.az

Azərbaycanda xarici valyuta ilə banklarası kreditlər yenidən bahalaşmağa başlayıb

Bu il fevralın 1-nə Azərbaycanda banklararası kreditlər üzrə orta illik faiz dərəcəsi manatda 10,77%, xarici valyutada isə 6,46% təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Hesabatə əsasən, aylıq müqayisədə manatda 1,03 faiz bəndi ucuzlaşıb, xarici valyutada isə 1,53 faiz bəndi bahalaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə banklararası kreditlərin orta faizində manatda 0,19 faiz bəndi, xarici valyuatda isə 2,55 faiz bəndi azalma qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ötən ilin dekabr ayında banklararası kreditlər manatda 3,91 faiz bəndi bahalaşıb, xarici valyutda isə 5,78 faiz bəndi ucuzlaşmışdı.