Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların kredit qoyuluşları 23 mlrd. 183 mln. manat təşkil edib. Bunun da 76.5%-i və ya 17 mlrd. 736 mln. manatı Bakı şəhərinin payına düşüb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Bakı şəhərinə kredit qoyuluşularının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% və ya 2 mlrd. 706 mln. manat artıb.
Qeyd edək ki, 2023-ci ilin yanvar ayının 1-nə Bakı şəhərinə kredit qoyuluşları 15 mlrd. 30 mln. manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!