Azərbaycanda ümumi vergi bəyannaməsi tətbiq ediləcək | Banco.az

Azərbaycanda ümumi vergi bəyannaməsi tətbiq ediləcək

"Gələcəkdə Azərbaycanda ümumi vergi bəyannaməsinin tətbiqi mümkündür".

Banco.az "Trend"ə istinadən xəbər verir ki, bunu vergilər nazirinin beynəlxalq münasibətlər, vergi ödəyicilərinə xidmət və tədris sahələri üzrə müşaviri Ələkbər Məmmədov Vergilər Nazirliyinin Tədris Mərkəzində “Vergi öhdəliklərinin yerinə yetirilməsində sosial tərəfdaşların rolu” mövzusunda keçirilmiş "dəyirmi masa"da deyib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, nazirlik bu sahədə xarici təcrübəni kifayət qədər yaxşı öyrənib: "Azərbaycanda ümumi bəyannaməyə keçid üçün zəruri resurslar və infrastruktur var, informasiya texnologiyaları tətbiq edilir. Lakin əhalinin vergi mədəniyyətini inkişaf etdirmək və yüksəltmək, könüllü ödənişlərin artırılmasına yardım etmək çox vacibdir".

Ən sərfəli krediti almaq üçün müraciət et