Azərbaycanda turistlər üçün yardım mərkəzləri fəaliyyətə başlayacaq | Banco.az

Azərbaycanda turistlər üçün yardım mərkəzləri fəaliyyətə başlayacaq

Azərbaycanda turistlər üçün yardım mərkəzlərinin yaradılması ilə bağlı müzakirələr artıq yekunlaşıb.

Bu barədə Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti – 2019” tədbirində Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov məlumat verib.

“Gələn ildən bu məsələnin reallaşdırılmasına başlanılacaq. Yardım mərkəzləri “Vahid pəncərə” prinsipi ilə fəaliyyət göstərəcək və “qaynar xət”ləri olacaq”, - deyə o, qeyd edib. 

Report.az