Azərbaycanda tikinti materiallarının istehsalı ilə bağlı son vəziyyət açıqlandı | Banco.az

Azərbaycanda tikinti materiallarının istehsalı ilə bağlı son vəziyyət açıqlandı

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 614,7 milyon manat olub.

Tikinti materiallarının istehsalının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,4 faiz artıb.

Tikinti gipsinin istehsalı 2,3 dəfə, tikinti kərpicinin istehsalı 20,5 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 5,1 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 1,4 faiz artıb.

Sementin istehsalı 1,2 faiz, tikinti əhənginin istehsalı 29,1 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 33,7 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 37,5 faiz, asfaltın istehsalı isə 56,1 faiz azalıb.

Trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et