Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb | Banco.az

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,3 milyard manat yaxın olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,9 % artaraq 1,5 milyard manat təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 14,7 % artaraq 83 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17,1 % artaraq 62,9 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 9,1 % artaraq 403,4 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,3 % artaraq 286,3 milyon manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram