Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb | Banco.az

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 2 948,6 milyon manat, işsizlikdən sığorta üzrə daxilolmalar 103,2 milyon manat, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 524,7 milyon manat təşkil edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,2 %, 20,3 % və 41,1 % çoxdur.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et