Azərbaycanda sığorta ödənişlərinin 87%-i 5 şirkətin payına düşür | Banco.az

Azərbaycanda sığorta ödənişlərinin 87%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyata keçirilmiş 373,491 milyon manat sığorta ödənişinin 326,332 milyon manatı və yaxud 87,4%-i 5 sığorta şirkətinin payına düşüb.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (178,248 milyon manat) və “PAŞA Sığorta” (58,449 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 49,037 milyon manat), eləcə də "Atəşgah Həyat Sığorta" (24,561 milyon manat) və “Xalq Sığorta” (16,037 milyon manat)  ASC-lərdir.

9 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (43 min manat), “Xalq Həyat Sığorta” (89 min manat), “Naxçıvan Sığorta” (285 min manat) və “Bakı Sığorta” (688 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,105 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 46,054 milyon manat (12,3%) təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et