İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 2-də növbəti dəfə torpaq hərracları keçirəcək.
Bu barədə qurumdan məlumat verilib.
Məlumata görə, hərraclar ƏMDX-nın Ucar, Beylaqan və Cəlilabad ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 12 torpaq sahəsi çıxarılacaq.
Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.