Müəllif: Tamara Mustafayeva, Banco.az
Cənubi Koreyada texnologiya mütəxəssisi baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.
Banco.az xəbər verir ki, Cənubi Koreya Prezidenti Li Ce Myonqun vəzifəsindən ayrılmağa hazırlaşan Baş nazir Kim Min Sokun yerinə Kiçik və Orta Sahibkarlıq Müəssisələri naziri Han Son Suku namizəd göstərdiyi bildirilir.
“Yonhap Xəbər Agentliyi”nin məlumatına görə, Baş nazir Kim Min Sok hakim Demokrat Partiyanın sədrliyi uğrunda mübarizə aparmaq məqsədilə vəzifəsindən ayrılmağa hazırlaşır.
Prezident Administrasiyasının yüksək vəzifəli rəsmisi Kan Hun Sik bildirib ki, Li Ce Myonq baş nazir vəzifəsinə Han Son Sukun namizədliyini irəli sürüb.
Prezident Administrasiyasının Baş katibi Kan Hun Sik qeyd edib ki, “Naver Corp.” şirkətinin keçmiş baş icraçı direktoru olan və Li Ce Myonqun ilk kabinet təyinatlarından biri sayılan Han Son Suk informasiya texnologiyaları sahəsindəki təcrübəsi və KOBİ Nazirliyinə rəhbərlik etməsi səbəbindən ölkənin süni intellekt transformasiyasına və iqtisadi artımına rəhbərlik etmək üçün seçilib.
Əgər Milli Assambleya onun namizədliyini təsdiqləsə, Han Son Suk 2006–2007-ci illərdə bu vəzifəni icra etmiş Han Myonq Sukdan sonra “Cənubi Koreyanın ikinci qadın baş naziri” olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
