Müəllif: Gülnar Əhmədli, Banco.az
Qlobal bazarlarda "təhlükəsiz liman" hesab edilən qızıl ehtiyatları ilə bağlı yenilənmiş reytinq açıqlanıb. Dünya Qızıl Şurasının məlumatlarına görə, 2026-cı il etibarilə ən böyük qızıl ehtiyatına sahib ölkələr müəyyənləşib.
Banco.az xəbər verir ki, məlumata əsasən, bir çox ölkə iqtisadi dalğalanmalara qarşı ehtiyatlarını gücləndirməyə davam edir və qızıl strateji aktiv kimi əhəmiyyətini qoruyur.
Xüsusilə böyük iqtisadiyyatlar mərkəzi banklar vasitəsilə qızıl ehtiyatlarını artıraraq maliyyə təhlükəsizliyini möhkəmləndirməyə çalışırlar.
Ən çox qızıl ehtiyatları olan 20 ölkə
-
ABŞ – 8 133 ton
-
Almaniya – 3 350 ton
-
İtaliya – 2 452 ton
-
Fransa – 2 437 ton
-
Çin – 2 313 ton
-
Rusiya – 2 305 ton
-
İsveçrə – 1 040 ton
-
Hindistan – 881 ton
-
Yaponiya – 846 ton
-
Niderland – 612 ton
-
Polşa – 582 ton
-
Türkiyə – 535 ton
-
Avrozonası – 507 ton
-
Tayvan – 424 ton
-
Özbəkistan – 416 ton
-
Portuqaliya – 383 ton
-
Qazaxıstan – 354 ton
-
Səudiyyə Ərəbistanı – 323 ton
-
Böyük Britaniya – 310 ton
-
Livan – 287 ton
Bizi sosial şəbəkələrdən izləyin!!
