Azərbaycanda manatla pul bazasının həcmi tarixi rekordu yeniləyib | Banco.az

Azərbaycanda manatla pul bazasının həcmi tarixi rekordu yeniləyib

Oktyabrda Azərbaycanda manatla pul bazası 0,8% artaraq noyabrın 1-nə 14,621 mlrd. manat təşkil edib.

Sözügedən göstərici ilin əvvəli ilə müqayisədə isə 7,8% artıb.

Qeyd edək ki, pul bazasının hazırkı səviyyəsi yeni tarixi maksimum sayılır.

Xatırladaq ki, AMB-nin sədri Elman Rüstəmov son faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında bildirmişdi ki, pul bazasının genişlənməsinin qarşını almaq üçün ilin sonuna sterilizasiya əməliyyatlarını aktivləşdirmək nəzərdə tutulur.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram