Azərbaycanda maliyyə hesabatlılığı üzrə yeni qanun layihəsi hazırlanır | Banco.az

Azərbaycanda maliyyə hesabatlılığı üzrə yeni qanun layihəsi hazırlanır

Azərbaycanda maliyyə hesabatlarının verilməsi aktual məsələdir və hazırda bununla bağlı qanunvericilik layihəsi hazırlanır.

Bu barədə Dünya Bankının Maliyyə Hesabatlılıq İslahatları Mərkəzinin (CFRR) baş maliyyə mütəxəssisi Con Hoc bu gün Bakıda keçirilən mühasiblər forumunda çıxışında bildirib: "Qanunun mövcudluğu ilə yanaşı onun icrası da önəmlidir və əgər icrası təmin edilərsə, bu, işlərin daha keyfiyyətli olmasına təsir edəcək. Hesabatların verilməsində etimadın və etibarlılığın artırılmasına ehtiyac var".

Onun sözlərinə görə, beynəlxalq maliyyə standartları kiçik və orta sahibkarlıq (KOS) subyektləri üçün baha başa gəlir: "Ona görə də bu, KOS-lar üçün zəruri olmayan məsələdir. Beynəlxalq maliyyə standarlarının tətbiqi dövlət büdcəsindən maliyyələşən təşkilatlarda vacibdir".

Ən sərfəli kredit üçün müraciət et

"Düşünürəm ki, kiçik və orta biznes üçün maliyyə hesabatlılığı tələbi olmamalıdır. Birincisi, disproporsional xərclər məsələsidir. Kiçik və orta sakibklarlar üçün standartlar baha başa gəlir. İkincisi, qanunda beynəlxalq maliyyə hesabatlarının tətbiqi kiçik və orta sahibkarlar üçün tələb olsa belə, həmin qanundan yayınmalar artacaq və bu da öz növbəsndə həmin standartların aktuallığına kölgə salacaq. Həmçinin hesab edirəm ki, qanunla Azərbaycanda maliyyə hesabatlılığının verilməsi tələbi icraçının deyil, şirkətlərin ali rəhbərliyinin üzərinə qoyulmalıdır", - deyə ekspert əlavə edib.

Mənbə: Report.az

Bizi facebook səhifəmizdən də izləyin