Azərbaycanda Listinq Məsləhət Proqramı çərçivəsinə 12 eminent listinqə daxil edilib | Banco.az

Azərbaycanda Listinq Məsləhət Proqramı çərçivəsinə 12 eminent listinqə daxil edilib

Azərbaycanda 2012-2016-cı illərdə həyata keçirilən “Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi” çərçivəsində vahid depozitar sistemi yaradılıb, əməliyyatlar üzrə hesablaşmaların 1 gün sonra, T+n rejimində həyata keçirilməsinə qərar verilib.

Bu barədə layihənin nəticələrinə həsr olunmuş tədbirdə məlumat verilib. Tədbirdə həmçinin qeyd olunub ki, layihə çərçivəsində Listinq Məsləhət Proqramı reallaşdırılıb. Pulsuz təlimlərdən, seminardan ibarət proqram 40 emitenti əhatə edib. Bunlardan 16-sı ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Artıq proqramın iştirakçısı olan 12 emitent listinqə daxil edilib, daha 4-nün də bu səviyyəyə çıxması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, “Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi” çərçivəsində Təlim Mərkəzi yaradılıb, bazarla maraqlanan şəxslərə xüsusi bilik və bacarıqlar verilib.

Xatırladaq ki, layihə Dünya Bankı (WB) ilə birgə həyata keçirilib, onu İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) dəstəkləyib. Layihənin büdcəsi 15,8 mln. ABŞ dolları olub. Bunun 12 mln. dollarını WB, 1,6 mln. dollarını SECO, 2,2 mln. dollarını isə Azərbaycan hökuməti ayırıb. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et