Azərbaycanda istilik enerjisindən istifadə qaydaları hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Elektroenergetika haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti “Elektroenergetika haqqında” qanuna uyğun olaraq istilik enerjisindən istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etməlidir.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!