Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2026-cı ilin yanvar-mart aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 125 milyon 169 min dollar təşkil edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 7 milyon 742 min dollar və ya 6,6% çoxdur.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,13%-ni təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin ilk 3 ayında Azərbaycan 117 milyon 428 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
