Azərbaycanda inşa edilən ilk ödənişli magistral avtomobil yolunun istifadəyə veriləcəyi vaxt açıqlanıb.
Bu barədə Agentlik sədri Saleh Məmmədov bu gün keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, 152 kilometrlik Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi davam etdirilir.
"Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi, həmçinin M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi 2022-ci ildə yekunlaşdırılması planlaşdırılır",-deyə Saleh Məmmədov bildirib.
trend.az
Bizi sosial şəbəkələrdən izləyin!!