Azərbaycanda informasiya texnologiyaları üzrə yeni dövlət standartları hazırlanır | Banco.az

Azərbaycanda informasiya texnologiyaları üzrə yeni dövlət standartları hazırlanır

Azərbaycanda informasiya texnologiyaları və internet infrastrukturunun təhlükəsizliyi sahəsində beynəlxalq təcrübəyə uyğun yeni dövlət standartlarının hazırlanması istiqamətində işlər görülür.

Bu barədə açıqlamasında Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə deyib.

O qeyd edib ki, bu vaxta qədər informasiya təhlükəsizliyi ilə bağlı tətbiq edilən standartlar artıq aktual deyil, informasiya təhlükəsizliyi üçün kifayət etmir və müasir texnoloji çağırışlara cavab vermir:

Onun sözlərinə görə, hazırda bu sahədə daha geniş, əhatəli, müasir tələblərə uyğun standartlar hazırlanır: “Bu standartlar yalnız İT infrastrukturu ilə məhdudlaşmır, həm də xidmət sahələrini, internet bağlantılarını, informasiya axınını və provayderləri əhatə edir.”