Azərbaycanda ilk dəfə gübrə və toxum səpinində dronlardan istifadə olunacaq | Banco.az

Azərbaycanda ilk dəfə gübrə və toxum səpinində dronlardan istifadə olunacaq

Azərbaycanda ilk dəfə olaraq gübrə və toxum səpmə funksiyasını icra edən aqro-dronlar sınaqdan keçirilib.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Toğrul Qafarbəyli deyib.

Onun sözlərinə görə, bu dronlar sabah işinə başlayacaq 14-cü "CaspianAgro" beynəlxalq kənd təsərrüfatı sərgisində nümayiş olunacaq: "Yeniliklərdən biri də sahədəki ayalı skan edən və dərmanlayan aqro-dronlardir. Bu dronlar həm dağlıq, həm də düzənlik ərazilərdə sınaqdan keçirilib və yüksək nəticələr əldə edilib. Dronlar fermerlərə olduqca münasib qiymətlərlə icarəyə veriləcək".

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram