Aİ-dən Qrenlandiyaya 200 milyon avroluq investisiya paketi | Banco.az

Aİ-dən Qrenlandiyaya 200 milyon avroluq investisiya paketi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ-dən Qrenlandiyaya 200 milyon avroluq investisiya paketi.

Banco.az xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Qrenlandiyanın paytaxtı Nuukda adanın Baş naziri Yens-Frederik Nilsen və Danimarkanın Baş naziri Mette Frederiksen ilə birgə keçirdiyi mətbuat konfransında Avropa İttifaqı, Qrenlandiya və Danimarka arasında əməkdaşlığın gücləndirilməsinə dair birgə bəyanatın imzalandığını bildirib.

Fon der Leyen Aİ-nin bu il və gələn il Qrenlandiyaya ümumilikdə 200 milyon avro məbləğində yeni investisiya yatıracağını açıqlayıb. Onun sözlərinə görə, paket “əlaqələndirmə, təmiz enerji və kritik xammal” olmaqla üç strateji sahəyə yönələcək.

Paket çərçivəsində Qrenlandiyanın peyk imkanlarının genişləndiriləcəyini bildirən fon der Leyen adanın şimalındakı yaşayış məntəqələrinin dərhal, şərqindəki ucqar yaşayış məntəqələrinin isə oktyabr ayından etibarən daha sürətli internetə çıxış əldə edəcəyini qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram