Müəllif: Gülnar Əhmədli, Banco.az
"İxrac icmalı"nın iyul sayında qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-iyun aylarında həyata keçirilən ixracla bağlı qeyri-dövlət ixracatçı (özəl) subyektlərin reytinqi tərtib edilib.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Şirinov Elvin Valeh oğlu bu dəfə 2-ci olub.
Belə ki, o, bu dövrdə 52,5 milyon dollarlıq ixrac həyata keçirib. Bu da illik müqayisədə 39,3 milyon dollar (3,9 dəfə) çoxdur. Ötən ay o, bu siyahıda 22,2 milyon dollarlıq ixracla 6-cı olub.
Qeyd edək ki, sahibkarın ötən ilin birinci yarısnda ixracının dəyəri 13,2 milyon dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!