Dünya miqyasında Windows əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı məlum olub. "Global Stats" analitik şirkətinin məlumatına əsasən, ölkəmizdə ən çox istifadə olunan Windows 10 əməliyyat sistemidir. Noyabr ayının göstəricilərinə görə, bu sistemin Azərbaycan üzrə bazar payı 52.4%-dir. Windows 10 əməliyyat sistemi öz liderliyini qorusa da, Azərbaycanda bazar payı azalıb. Belə ki, oktyabr ayında sözügedən əməliyyat sisteminin bazar payı 61.48% olub.
İkinci ən populyar Windows 7 əməliyyat sistemidir, 39.51%. Windows 10-dan fərqli olaraq, Windows 7 əməliyyat sisteminin bazar payında artım müşahidə olunur. Oktyabr ayı üzrə 30.33% bazar payına sahib olan Windows 7, öz nəticəsini 9.18% yaxşılaşdırıb.
Üçüncü yerdə Windows 8.1 əməliyyat sistemi qərarlaşıb - 6%. Oktyabr ayında isə Windows 8.1-in bazar payı 6.44% idi.
Daha sonra müvafiq olaraq, Windows 8, Windows XP, Windows Vista gəlir, 1.45%, 0.61% və 0.02%.
ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!