Azərbaycanda ən çox istehlak krediti verən – BANK MƏLUM OLDU | Banco.az

Azərbaycanda ən çox istehlak krediti verən – BANK MƏLUM OLDU

Azərbaycanda ən çox istehlak krediti verən bank məlum olub.

Bu «PAŞA Holdinq»ə məxsus olan «Kapital Bank»dır.

2019-cu ilin 3-cü rübünün nəticələrinə görə, «Kapitalbank»ın kredit portfelinin ümumi həcmi  1 721,5 milyon manat təşkil edir. Bu göstəricinin həcminə görə, «Kapital bank» ölkə bankları arasında 3-cü yeri tutur.

Bankın kreditlərinin böyük hissəsi - 75%-i istehlak kreditlərinin payına düşür. «Kapitalbank»ın istehlak kreditləri portfeli 1 milyard 304 milyon 140 min manatdır. Bu rəqəmin böyüklüyünü göstərmək üçün bircə onu demək kifayətdir ki, ölkə banklarını ümumi kredit porotfelinin 10%-i məhz «Kapitalbank»ın istehlak kreditlərinin payına düşür.

Ən sərfəli kredit üçün müraciət et

Bankın biznes kreditləri isə cəmi 367,6 milyon manat və ya krelit portfelinin 21%-ni təşkil edir.

Qeyd ekə ki, «Kapital Bank» istehlak krediti vermək üçün ölkədəki digər banklarla müqayisədə əlverişli mövqedədir. Belə ki, dövlət büdcəsindən maliyyələşən təşkilatların işçilərinin əmək haqqı və təqaüdlərin bir hissəsi «Kapitalbank» vasitəsilə verilir. Ona görə də, həmin kreditlərin qaytarılması ilə bağlı başqa bankların rastlaşdığı çətinliklər «Kapital Bank» üçün aktual deyil.

Renkinq

Ən sərfəli krediti almaq üçün müraciət et