Azərbaycanda bu il daha 50 min kredit kartı dövriyyəyə buraxılıb | Banco.az

Azərbaycanda bu il daha 50 min kredit kartı dövriyyəyə buraxılıb

Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 673 min kredit kartı dövriyyədə olub.

Məlumata görə, kredit kartlarının sayı ilin əvvəli ilə müqayisədə 50 min ədəd və yaxud 8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 98 min ədəd və yaxud 17% artıb. 

Ən sərfəli kredit üçün müraciət et

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Qeyd edək ki, martın 1-nə ölkədə cəmi 5,89 mln. ədəd ödəniş kartı dövriyyədə olub. Bunun da 5,216 mln. ədədi və yaxud 88,6%-i debet, 673 min ədəd və yaxud 11,4%-i kredit kartları olub. Debet kartlarının da 2,522 mln. ədədi sosial kartların, 1,88 mln. ədədi isə əmək haqqı kartlarının payına düşüb.