Azərbaycanda uzun müddətdir sovet və ya rus avtomobillərindən istifadə edilir. Bu maşınların təmiri və ehtiyat hissələri ucuz olduğu üçün xüsusən də rayonlarda yaşayan vətəndaşlar Rusiya istehsalı olan avtomobilləri almağa üstünlük verirlər.
Banco.az xəbər verir ki, hazırda Rusiya istehsalı olan "Niva" "Jiquli" və "VAZ" avtomobillərin ixracı dayandırılıb. Bu isə ölkəmizdə avtomobil bazarında qiymətlərə təsir etməyə başlayıb.
Rəsmi rəqəmlərə əsasən, bu ilin beş ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Rusiya istehsalı olan avtomobillərin idxalı xeyli azalıb.
Ətraflı videomaterialda izləyə bilərsiniz: