Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi istehsal gücü 30% -dən çox artıb | Banco.az

Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi istehsal gücü 30% -dən çox artıb

Son beş ildə (2019-2023-cü illər) Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi istehsal gücü 31% artaraq, 1 700 MVt-a yaxınlaşıb.

Bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) hesabatında qeyd edilib

    Hesabatda qeyd olunur ki, əgər 2019-cu ildə Azərbaycanda olunan enerji mənbələrinin ümumi istehsal gücü 1 289 MVt təşkil edirdisə, 2023-cü ildə bu göstərici 1 688 MVt-a yüksəlib.

    Sənədə əsasən, 2020, 2021 və 2022-ci illərdə qeyd olunan göstərici müvafiq olaraq 1 296 MVt, 1 316 MVt və 1 325 MVt səviyyəsində olub.

    Ən sərfəli kredit üçün müraciət et

    Bildirilir ki, ölkədə bərpa olunan enerji mənbələrinin ümumi istehsal gücünün əsas hissəsini təşkil edən su elektrik stansiyalarının imkanları son beş ildə 13,7% artaraq, 1 145 MV-dan 1 302 MVt-a yüksəlib.

    Qeyd olunur ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi istehsal gücünün qalan hissəsi külək, günəş, bioenerji və digər mənbələrin payına düşüb.

    apa

    Ən sərfəli krediti almaq üçün müraciət et