Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,38 ABŞ dolları və ya 4,23 % azalaraq 76,38 ABŞ dolları təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
