Azərbaycanda bank kreditlərinin əlçatarlılıq səviyyəsi getdikcə aşağı düşür və onlar ölkə iqtisadiyyatına stimul vermir.
Bunu “Fitch” beynəlxalq reytinq agentliyinin nümayəndəsi Pol Gembl (Paul Gamble) deyib.
Bununla yanaşı, o həmçinin qeyd edib ki, banklarda yerləşdirilən depozitlərin dollarlaşma səviyyəsi də yüksək olaraq qalmaqdadır və milli valyutanın məzənnəsinin sabitləşdirilməsi ilə bağlı görülən tədbirlər hələ ki, ciddi nəticə verməyib.
Mənbə: Report.az