Azərbaycanda aktiv əmək müqavilələrinin sayı 1,7 milyona yaxınlaşıb | Banco.az

Azərbaycanda aktiv əmək müqavilələrinin sayı 1,7 milyona yaxınlaşıb

Bu il mayın 1-nə Azərbaycanda aktiv əmək müqavilələrinin sayı 1 milyon 691 min olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, bunu qurumun İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə bildirib.

"2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 290 minə yaxın artıb. Artımın 80%-i (242 min) məhz islahatın tətbiq olunduğu qeyri-neft özəl sektorun payına düşür", - deyə vergi rəsmisi qeyd edib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

İnstagram

Telegram