Azərbaycanda 5 sığorta şirkətinin yığımları 10 milyon manatdan az olub | Banco.az

Azərbaycanda 5 sığorta şirkətinin yığımları 10 milyon manatdan az olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı 18 sığorta şirkətinin xətti ilə 2023-cü ildə 1 milyard 222 milyon 537 min manat sığorta haqqı yığılıb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 251 milyon 714 min manat və ya 25,9% çoxdur.

Hesabat dövründə 5 sığorta şirkətinin yığımları 10 milyon manatdan az olub. Bunlar Xalq Həyat Sığorta (9,9 milyon manat), AtaSığorta (9,6 milyon manat), AzSığorta (8,5 milyon manat), Bakı Sığorta (4,9 milyon manat) və Meqa Həyat Sığorta (4,9 milyon manat) olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram