Azərbaycana gələn turistlərin sayı 3 mln-a çatıb | Banco.az

Azərbaycana gələn turistlərin sayı 3 mln-a çatıb

Bu gün Azərbaycana 3 milyonuncu turist gəlib.

Bunu Azərbaycan Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

K.Quluzadə bildirib ki, bu il ölkəyə gələn turistlərin sayının mln-u ötməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bu il Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə 11,1 faiz artıb. İlk beşlikdə ənənəvi olaraq Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı vətəndaşlarıdır. Avropa, Mərkəzi və Cənubi Asiya istiqamətindən, Yaxın Şərq bazarından müəyyən ölkələrdən azalma var. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et