Azərbaycana gələn turistlərin nisbəti 50 faiz artıb | Banco.az

Azərbaycana gələn turistlərin nisbəti 50 faiz artıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 176 ölkədən 713 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə (50 %) çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, gələnlərin 32,4 %-i Rusiya, 20,0 %-i Türkiyə, 8,1 %-i İran, 5,2 %-i Gürcüstan, 4,9 %-i Hindistan, 2,3 %-i Pakistan, 2,2 %-i Qazaxıstan, 2,1 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2 %-i Səudiyyə Ərəbistanı, 1,9 %-i Özbəkistan, 1,6 %-i Belarus, 1,5 %-i Ukrayna, 1,3 %-i Böyük Britaniya, 1,3 %-i Türkmənistan, 1,2 %-i Küveyt, 12 %-i digər ölkələrin vətəndaşları olub, 74,1 %-ni kişilər, 25,9 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan - 3,9 dəfə, Hindistandan - 3,2 dəfə, Belarusdan - 2,7 dəfə, Özbəkistandan - 2,6 dəfə, Qazaxıstandan - 2,0 dəfə, Rusiyadan - 2 dəfə, Böyük Britaniyadan - 1,8 dəfə, İsraildən - 1,7 dəfə, ABŞ-dan - 1,6 dəfə, Küveytdən - 43,8 %, Pakistandan - 43,0 %, Gürcüstandan - 41,7 %, Türkiyədən - 22,5 %, Omandan - 17,4 %, BƏƏ-dən - 14,7 % artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et