2025-ci ilin sonuna investisiya şirkətlərinin müştəri aktivlərinin ümumi həcmi 2,6 mlrd. manat təşkil edib.
Bu barədə cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, investisiya şirkətlərinin müştəri aktivləri 2024-cü ilə nisbətən 36,8% və ya 680 mln. manat artıb.
Qeyd edilib ki, ümumi aktivlərin 2,32 mlrd. manatı xarici bazarlarda yerləşdirilmiş aktivlərin payına düşüb. Xarici bazarlarda yerləşdirilmiş müştəri aktivlərinin 82%-i və ya təxminən 1,9 mlrd. manatı hüquqi şəxslərin, 18%-i və ya təxminən 418 mln. manatı isə fiziki şəxslərin payına düşüb.
Açıqlamaya əsasən, xarici bazarlara yönəldilmiş investisiyaların əsas hissəsi xarici ölkələrin dövlət və korporativ istiqrazlarına yatırılıb.
apa
